Daxili İşlər Nazirliyi Ağdaşda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb. SİA-nın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 7-də Ağdaş rayonunun Hacılı kənd sakini Emin Həsənov ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən qohumu Pünhan Həsənov qarın nahiyəsindən xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.
Ağdaş RPŞ əməkdaşları tərəfindən E.Həsənovdan "TOZ-16" markalı ov tüfəngi götürülüb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB