Mağazaların "qənimi" tutuldu

Mağazalardan oğurluq edən şəxs tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 27-də Tural Səfərova və Rizvan Abdiyevə məxsus mağazalardan danışıq kartları, tütün məmulatı və spirtli içki oğurlamış Bakı şəhər sakini Cavidan Bağırov tutulub.

Faktla bağlı araşdırmalara başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə