Ölümlə nəticələnən yanğınla bağlı cinayət işi açılıb

Ölümlə nəticələnən yanğınla bağlı cinayət işi açılıb

Bakıda iki nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıb. Bakı şəhər Prokurorluğundan SİA-ya verilən məlumata görə, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində çoxmənzilli yaşayış binasındakı mənzillərdən birində 1951-ci il təvəllüdlü Mikayıl Abbasov və onun həyat yoldaşı, 1951-ci il təvəllüdlü Zoya Abbasovanın yanmış meyitləri aşkar edilib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertləri, polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə