Yevlax şəhərində vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağında yataq dəsti yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Tovuz rayonu, Xatınlı kəndində də (rayon mərkəzindən 9 km aralı) ikimərtəbəli binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan 1 otaqlı mənzilin döşəməsi 5 kv.m sahədə yanıb və taxtadan ibarət divar üzlüyü 3 kv.m qaralıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB