Yanvarın 5-də Nəsimi rayonu Feyzulla Qasımzadə küçəsində iş adamı Məryəm Namidzadənin amansızlıqla qətlə yetirilməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. SİA-nın xəbərinə görə, qızıl alverçisi kimi tanınan 56 yaşlı M. Namidzadəni qızı Günel Hüseynova ilə birgə bacısının 2 övladı öldürüb.
Artıq həmin şəxslərin kimliyi müəyyənləşdirilib və onlar saxlanılıblar.
Qeyd edək ki, yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Məryəm Namidzadənin xüsusi amansızlıqla öldürülmüş meyiti yaşadığı evdə aşkar edilib.
M. Namidzadənin qızı Günel Hüseynova izahatında evdən ona məxsus 30 000 ABŞ dolları dəyərində qızıl əşyaların oğurlandığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB