Yarım milyon dolları aparmaq istədi tutuldu

Yarım milyon dolları aparmaq istədi  tutuldu

Dağıstan prokurorluğu Azərbaycandan yarım milyon dollara yaxın pul çıxarmaq istəyən şəxs barədə məlumat yayıb. Rusiya mətbuatının verdiyi məlumata görə, K.Əliyev adlı şəxs 2015-ci ilin sentyabr ayında Azərbaycandan Rusiyaya qeyri-leqal yolla yük maşınının kuzovunda 424 min ABŞ dolları keçirməyə cəhd edib.

Mətbuatda yer alan məlumata görə, o rusiyalı sərhədçilər tərəfindən saxlanıb. O, maşının kuzovunda külli miqdarda dollarla yanaşı, 4,5 milyon rubl (təqribən 96 min manat) da gizlədib.

K.Əliyev Dağıstanla Azərbaycan sərhədindəki Tahirkənd-Qazmalar sərhəd-keçid məntəqəsində saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

Yeni il ərəfəsində isə ona qarşı irəli sürülən ittiham təsdiqlənib.

Saxlanılan şəxs Dağıstan sakinidir. Onun cinayət işi Məhərrəmkənd rayon məhkəməsinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə