Xırdalanda sexdə yanğın olub

Abşeron rayonunda fəaliyyət göstərən sexdə yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 200 kv.m olan sexin içərisində dəzgahın plastik hissələri yanıb. Sex yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə