Xətaidə və Nərimanovda civə həyəcanı

Xətaidə və Nərimanovda civə həyəcanı

Bu gün Bakının Nərimanov və Xətai rayonlarında civə həyacanı yaşanıb. Bu barədə SİA Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir. Belə ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Nərimanov və Xətai rayonunlarında mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Kimya xidmətinin mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənən ərazilər demerkurizasiya edilib.

Əməliyyat saat 13:50-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə