Daxili İşlər Nazirliyi (DİN) Füzuli rayonunda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 5-də Füzuli rayonunun Bala Bəhmənli kəndində yaşayan, əvvəllər məhkum olunmuş Gəncəvi Sadıqov evində ailə-məişət münaqişəsi zəminində arvadı Vüsalə Əsədovaya bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş V. Əsədova orada ölüb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş G.Sadıqov tutulub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB