Bakıda taksi sürücüsü bıçaqlandı

Bakıda taksi sürücüsü bıçaqlandı

Gecə Bakıda taksi sürücüsü bıçaqlanıb. Hadisə Nizami rayonunda "Xalqlar Dostluğu" metrostansiyası yaxınlığında baş verib. Abşeronda isə gənc oğlan küçədə ondan pul tələb edən bir neçə şəxs tərəfindən bıçaqlanib. Müştəri gözləyən taksi sürücüsü naməlum şəraitdə bıçaqlanıb. Hadisə gecə Bakıda Nizami rayonunda metronun ''Xalqalar-Dostluğu'' stansiyası yaxınlığında baş verib. Taksi sürücüsü 30 yaşlı Həmdulla Ağayev bıçaqlanıb. Yaralının səsinə gələn ətrafdakılar dərhal təcili yardım çağırıb.

3 saylı şəhər xəstəxanasından 24-cü polis bölməsinə məlumat verilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxslərin axtarışı davam etdirilir.

Gecə Abşeronda Xırdalan şəhərində də bıçaqlanma hadisəsi baş verib. 20 yaşlı Bilal Məmmədov şəhərin 28 May küçəsində bıçaqlanıb. Bilal Məmmədov küçə ilə gedərkən tanımadığı bir neçə şəxs ona yaxınlaşaraq pul tələb ediblər. Bu zaman tərəflər arasında mübahisə düşüb və həmin şəxslərdən bıçaqla Bilal Məmmədova bir neçə zərbə vurub.

Yaralı təcili yardım avtomobili ilə xəstəxanaya gətrilib.Müayinə zamanı həkimlər ondan 8 bıçaq xəsarəti aşkar ediblər. Faktla bağlı Abşeron rayon polis idarəsində cinayət işi başlanıb. Həmin şəxslərin saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində axtarışlar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə