17 sərnişin avtobusda diri-diri yandı
Avtobusa od vurdu DƏHŞƏT

Çində naməlum şəxs sərnişinlə dolu avtobusu yandırıb. Çinin Yinçuan şəhərində dəmiryolu stansiyasının yaxınlığında avtobusun yandırılması 17 nəfərin həyatını itirməsi və 32 insanın ağır yaralanması ilə nəticələnib. Polis həmin şəxsin axtarışlarına başlayıb.

Bu, Çində baş verən ilk belə hadisə deyil. Belə ki, 2014-cü ilin iyul ayında da analoji hadisə baş verib. Çinin Quançjou şəhərindən günün pik saatında avtobusun yandırılması nəticəsində 32 nəfər ağır yanıq xəsarətləri alıb.

2013-cü ildə baş verən hadisəni isə ən dəhşətlisi adlandırmaq olar. Çinin Xiamen şəhərində avtobusun yandırılması zamanı 47 nəfər diri-diri yanaraq həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə