Yevlaxda üçmərtəbəli tikilidə yanğın qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyini (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yevlax şəhərində hal-hazırda fəaliyyət göstərməyən hər mərtəbəsi 250 kv.m olan üçmərtəbəli tikilinin 2-ci mərtəbəsində 1 ədəd elektrik lövhəsi yanıb. Bina yanğından mühafizə olunub. Yanğın saat 10:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB