Beyləqanda ev yandı xəsarət alan var

Beyləqanda ev yandı xəsarət alan var

Beyləqan rayonu, Birinci Şahsevən kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 182 kv.m olan birmərtəbəli 5 otaqlı evdə yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən veridiyi məlumata görə, evin yanar konstruksiyaları və əşyalar yanıb. Yanğın zamanı 1 nəfər ayaq nahiyəsindən yüngül yanıq xəsarətləri alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə