Avtomobillər toqquşdu xəsarət alan var

Avtomobillər toqquşdu xəsarət alan var

Yevlax-Ağdam yolunun 20-ci kilometrliyində "Mercedes" və "VAZ" markalı minik avtomobilləri toqquşub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, nəticədə, "MERCEDES" markalı minik avtomobilində 1 nəfər xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı avtomobildən çıxarıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veribər.

Bütün xəbərlər Facebook səhifəmizdə