Zavoddakı partlayışda ölən və yaralananların kimliyi MƏLUM OLUB

Zavoddakı partlayışda ölən və yaralananların kimliyi MƏLUM OLUB

Balakəndə zavodda baş vermiş partlayış zamanı ölən və yaralananların kimliyi məlum olub. SİA-nın məlumatına görə, "Azəryem Sənaye" MMC-yə məxsus zavodun qazanxanasında baş verən partlayış nəticəsində orada işləyən, Qullar kənd sakini, 1990-cı il təvəllüdlü Elçin Əliməmməd oğlu Əliyev hadisə yerindəcə keçinib.

Digər işçilər - Qullar kənd sakini, 1990-cı il təvəllüdlü Novruz Məhəmməd oğlu Nastakalov və Qazma kənd sakini, 1982-ci il təvəllüdlü Anar Süleyman oğlu Bozurov isə xəsarət alıblar. Onlar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Balakən rayonunda "Azəryem Sənaye" MMC-yə məxsus zavodun ərazisində bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən hadisə ilə əlaqədar Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Dərhal Prokurorluq, Fövqəladə Hallar Nazirliyi, "Azəriqaz", Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssislərinin və Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertinin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib.

Hazırda rayon Prokurorluğunda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə