Quba rayonunda yanğın baş verib. SİA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, rayonun Qəçrəş kəndində (rayon mərkəzindən 7 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m tikilinin 8 otağından ikisinin tavanı 30 kv.m sahədə və yaxınlıqdakı ümumi sahəsi 30 kv.m olan tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Tikililərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB