Gəncə şəhər sakini 29 yaşlı Vasif Novruzov bıçaq xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, yaralıya döş qəfəsinin sol tərəfinin daxilə keçən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralı dərhal əməliyyat olunub. Zərərçəkənin atası Fəzamil Novruzov ilkin olaraq həkimlərə oğlunun bıçaqlandığını inkar etməyə çalışıb. Sonradan isə Vasif Novruzovun naməlum şəxs tərəfindən bıçaqlandığı məlum olub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB