Heyvan oğruları tutuldu

Bakıda heyvan oğruları saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidnmətindən SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 24-nə keçən gecə, Maştağa qəsəbəsi Ləhiş bağ massivində 1990-cı il təvəllüdlü Bəhruz Şıxəlizadənin həyətindəki tövlədən iri buynuzlu heyvan oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1988-ci il təvəllüdlü Çingiz Zərbəliyev və əvvəllər məhkum olunmuş 1970-ci il təvəllüdlü Heydər Cəfərov tutulub.

Müəyyən edilib ki, onlar dekabrın 11-nə keçən gecə, Maştağa qəsəbəsində Elçin Əliyevin həyətindəki tövlədən 7 ədəd xırda buynuzlu heyvan, dekabrın 21-nə keçən gecə Məmmədyar Məmmədova məxsus evdən tikinti alətləri, dekabrın 22-nə keçən gecə isə Bicay və Vicay Məmmədov qardaşlarının həyətindən 24 ədəd ev quşu oğurlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə