Satışda 33 min ədəd pirotexniki vasitə aşkarlandı

Satışda 33 min ədəd pirotexniki vasitə aşkarlandı

Paytaxt ərazisində səyyar ticarətlə məşğul olan şəxslərdən yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələr aşkar edilərək götürülüb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxtın Nərimanov, Nizami rayonları və Binə qəsəbəsi ərazislərində səyyar ticarətlə məşğul olan Hafiz Alcəfərovdan, İsmayıl Quliyevdən, İlqar Kərimovdan və Məhərəm Ələkbərovdan 33 min ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə