Beyləqanda bələdiyyə binası yaxınlığında yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Beyləqan rayonu, Aşağı Çəmənli kəndində ümumi sahəsi 119 kv.m olan birmərtəbəli kənd bələdiyyəsinə məxsus binaya bitişik qamışdan ibarət talvar 3 kv.m sahədə yanıb. Bələdiyyə binası yanğından mühafizə olunub.
Yanğın saat 12:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB