Kafedə yanğın

Gecə saatlarında Bakıdakı kafelərin birində yanğın baş verib. Belə ki, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan kafenin mətbəxinin yanar konstruksiyası 2 kv.m və dam örtüyü 2 kv.m sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə