İmişlidə yol qəzası 3 nəfər ölüb

İmişlidə yol qəzası 3 nəfər ölüb

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dekabrın 26-da saat 1 radələrində İmişlidə rayon sakini Elçin Kərimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil yol kənarında dayanan, Nazim Pənahova məxsus "ZİL" markalı avtomobilə çırpılıb. Nəticədə "VAZ-2107"də olan sərnişinlər Elçibəy Mürşüdov, Valeh Əmirov və Samir Cavadov hadisə yerində ölüb, sürücü isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işi açılıb, İmişli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə