Sirkə turşusundan zəhərlənmə

Bakı sakini sirkə turşusundan zəhərlənərək ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 13-də Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşayan Sevil Aslanova ehtiyatsızlıqdan sirkə turşusu içməsi nəticəsində xəstəxanaya yerləşdirilib və dekabrın 25-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə