İmişlidə ağır yol qəzası 3 ölü,1 yaralı

İmişlidə ağır yol qəzası 3 ölü,1 yaralı

İmişlidə ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, dekabrın 26-da saat 01 radələrində İmişli şəhərində şəhər sakini Elçin Kərimov idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi Nazim Pənahova məxsus "ZiL" markalı avtomobilə vurub. Nəticədə E.Kərimovun sərnişinləri Elçibəy Mürşüdov, Valeh Əmirov və Samir Cavadov hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib.

İmişli rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə