6000-ə yaxın partlayıcı oyuncaq aşkarlandı

6000-ə yaxın partlayıcı oyuncaq aşkarlandı

Daxili İşlər Nazirliyi əməkdaşları Bakı və Sumqayıtda partlayıcı oyuncaqların satışının qarşısını almaq üçün növbəti əməliyyat keçiriblər. SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Sumqayıt şəhərində və Qaradağ rayonu ərazilərində səyyar ticarətlə məşğul olan Mövsüm Nəsirovdan, Orxan Əliyevdən və Zahid Gülməmmədovdan ümumilikdə 5935 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə