Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, dekabrın 25-də saat 01 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Maarif İsayev vurulub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib və orada ölüb.
Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB