Zaqatalada 15 ton ot bağlaması yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, rayonun Kəpənəkçi kəndində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan tövlənin yanar konstruksiyaları və tövlənin içərisinə yığılmış 15 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB