Sabirabad və Sumqayıtda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytınIn verdiyi xəbərə görə, Sabirabad rayonunda yanğın Kürkəndi kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət yaşayış evində baş verib. Nəticədə evin 1 otağının tavanı 18 kv.m yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan kafenin dam örtüyü 1 kv.m sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB