Xəzər dənizində daha bir balıqçı qayığı qəzaya uğrayıb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 23-də Xəzərin Sumqayıt şəhərinə aid hissəsində baş verib.
Sumqayıt şəhər sakinləri Mustafa Quliyev, Bəndəli Əliyev və Siyəzən rayon sakini Salamat Qasımov taxta qayıqla Xəzər dənizində olarkən qayıq aşıb. Nəticədə B.Əliyev sudan çıxarılsa da, digərlərini xilas etmək mümkün olmayıb. Hazırda həmin iki nəfərin axtarışları davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB