Sabunçu rayonunda civə həyacanı yaşanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, nazirliyin İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Sabunçu rayonunda mənzildə termometr sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olub. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Kimya xidmətinin mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilib.
Əməliyyat saat 10:50-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB