İstanbuldan Bakıya gələn şəxsin əşyalarının arasında "beşbarmaq" çıxıb. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən xəbərə görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı Yaşar Muradovun baqajı Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən rentgen aparatıyla yoxlanılarkən monitorda "beşbarmağ"a bənzər əşyanın təsviri görünüb.
Təkrar yoxlama zamanı Y.Muradova məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar olunub.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşya kustar üsulla "beşbarmaq" tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB