Bakıda civə həyacanı

Nəsimi rayonunda civə həyacanı yaşanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə termometr sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olub. Maye halında olan kimyəvi maddə nazirliyin Mülki Müdafiə Qoşunlarının Kimya xidmətinin mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.

Əməliyyat saat 14:00-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə