Biləsuvarda ot bağlaması yanıb

Biləsuvarda ot bağlaması yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, vətəndaşa məxsus həyətyanı sahəyə yığılan 8 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdaki tikililər yanğından mühafizə olunub. Yanğın saat 15:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə