Naftalanda 1 nəfər köməksiz qalıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Naftalan şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasedicilərihadisə yerinə cəlb olunaraq mənzilin giriş qapısını açmış və vətəndaşa müvafiq köməklik göstəriblər.
Əməliyyat saat 10:25-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB