Abşeronda gözəllik salonu yandı

Abşeronda gözəllik salonu yandı

Abşeronda gözəllik salonunda yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan gözəllik salonunda 1 ədəd şkaf yanıb, yüksək temperaturdan lambirdən ibarət arakəsmə 6 kv.m və lambirdən ibarət tavan əriyib. Salona bitişik digər obyektlər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə