Qadağan olunmuş dini təbliğ etmə faktı

Qadağan olunmuş dini təbliğ etmə faktı

Zaqatalada qadağan olunmuş dini təriqəti təbliğ edilməsi faktı aşkarlanıb. SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 21-də Zaqatala rayonun Mamrux kəndində yaşayan Məhəmmədrəsul Canayevin evində, oğlu İslamın və Ağdaş rayon sakini Cabir İsmayılovun qadağan olunmuş dini təriqətlərdən birini təbliğ etmələri polis əməkdaşları tərəfindən müəyyən edilib.

Evə baxış zamanı 4 ədəd dini kitab, 25 ədəd broşüra və 11 ədəd audiokaset aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə