Tullantı poliqonundan silah-sursat tapıldı

Tullantı poliqonundan silah-sursat tapıldı

Bakıda məişət tullantıları poliqonunda silah-sursat aşkarlanıb. SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayon 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən "Təmiz şəhər" ASC-nin Balaxanı məişət tullantıları poliqonundan istifadəyə yararsız "Makarov" markalı tapança, pnevmatik tapança, süngü bıçaq, 198 ədəd müxtəlif çaplı patron və avtomat üçün patron darağı tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə