Nərimanovda ev yandı

Bakıda evdə yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə Bakı şəhəri, Nərimaov rayonunda baş verib. Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisinə yığılmış ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 10:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə