60 cinayət faktından 14-nün üstü “isti izlər”lə açılıb

60 cinayət faktından 14-nün üstü “isti izlər”lə açılıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 60 cinayət faktından 14-nün üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə bir nəfər ölüb, 4 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 12 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə