Bakıda binada yanğın hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsində 2 kv.m sahədə taxta tullantıları yanıb. Yüksək temperaturdan su borusu və elektrik kabelləri əriyib. Mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 11:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB