Piyadanı vurdu və hadisə yerindən qaçdı

Piyadanı vurdu və hadisə yerindən qaçdı

Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, 18 dekabr saat 18:00 radələrində şəhərin Heydər Əliyev prospektində yolu keçmək istəyən piyada, 1949-cu il təvəllüdlü şəhər sakini Soltanova İntizar Məhəmməd qızı naməlum avtomobil tərəfindən vurulub və sürücü hadisə yerindən qaçıb.

Yaralı Şirvan şəhər xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən sürücünü tapmaq üçün Şirvan şəhər polis şöbəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə