Bakıda intihara cəhd hadisəsi olub

Bakıda intihara cəhd hadisəsi olub

Bakıda intihara cəhd hadisəsi baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhərində bir nəfərin tikilməkdə olan binanın 5-ci mərtəbəsinin eyvana intihar etmək məqsədi ilə çıxması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində vətəndaş aşağı endirilərək aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 16:22-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə