Qəza 2 piyadanın həyatına son qoydu

Qəza 2 piyadanın həyatına son qoydu

Bakıda iki piyadanın ölümü ilə nəticələnən qol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, dekabrın 18-də saat 01 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində qəsəbə sakini Beniamin Qurbanbəyov idarə etdiyi Niva markalı avtomobillə yolu keçən 2 piyadanı (40-45 yaşlı kişini və 5-10 yaşlı oğlanı) vurub və nəticədə həmin şəxslər hadisə yerində ölüblər.

Faktla bağlı Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə