Salyanda mənzildə yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Salyan şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 76 kv.m olan 3 otaqlı mənzilin bir otağında ev əşyaları və divar kağızı 3 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 08:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB