Astarada 5 nəfər köməksiz vəziyyətdə qalıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara şəhərində mənzildə 5 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını açmış və vətəndaşların çıxmasına şərait yaradıblar.
Əməliyyat saat 01:28-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB