Bakıda bina yanıb 15 nəfər təxliyə olunub

Bakıda bina yanıb 15 nəfər təxliyə olunub

Bu gün Bakı şəhəri, Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin 1 otağının, eyvanının yanar konstruksiyaları və ev əşyaları 23 kv.m sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib və 15 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə edilib.

Yanğın saat 14:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə