İşi ölümə apardı

Xızı rayonunda damdan yıxılan şəxs ölüb. SİA bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir. Məlumata görə, dekabrın 15-də Xızı rayonunun Şuraabad kəndindəki istirahət mərkəzlərindən birində təmir işləri aparan Sumqayıt şəhər sakini Tahir Cabbarov damdan yıxılması nəticəsində xəstəxanaya yerləşdirilib. O, dekabrın 16-da orada ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə