Dram Teatrın yaxınlığında bıçaqlandı

Dram Teatrın yaxınlığında bıçaqlandı

42 yaşlı Samux sakini Gəncədə bıçaqlanıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün günorta saat 13 radələrində baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, Samux rayon Kolayır kənd sakini 42 yaşlı Muradil Misirov qarnının kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya gətirilib. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralı dərhal əməliyyat olunub və həkimlər Muradil Misirovun vəziyyətini orta ağır qiymətləndirir. Muradil Misirovun Gəncə Dövlət Dram Teatrının yaxınlığında bıçaqla vurulduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə