2 rayonda silah aşkarlanıb

Gədəbəydə odlu silah aşkarlanaraq götürülüb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, sənədləri olmayan lüləsi kəsilmiş "TOZ-12" markalı nömrəsi silinmiş ov tüfəngi rayonun Kiçik Qaramurad kənd sakini Nadir Qarayevin evindən tapılıb.

Silah Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanıb.

Başqa bir silah isə Oğuz rayonunda aşkarlanıb. Rayonun Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Muxas kənd sakini Habil Xudiyevdən müvafiq sənədləri olmayan 1 ədəd "İJ" markalı ov tüfəngi götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə