Dəm qazı 2 can aldı

Azərbaycanda dəm qazı daha iki nəfərin həyatına son qoyub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, dekabrın 15-nə keçən gecə Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan Sənan Nəsibov və Sumqayıt şəhərində yaşayan Siraculla Mirzəyev evlərində dəm qazından zəhərlənərək ölüblər.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə